» » Azərbaycanda dini qurumlarla bağlı cərimə

Azərbaycanda dini qurumlarla bağlı cərimə

Bölmə: Din
Azərbaycanda dini qurumlarla bağlı cərimə
Dini qurumların yaradılması və fəaliyyəti ilə bağlı qaydanın pozulmasına görə İnziati Xətalar Məcəlləsinə dəyişiklik ediləcək.

“Xalqinfo” xəbər verir ki, dini qurumların müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmasından onun rəhbərlərinin boyun qaçırmasına, dini yığıncaqlar, yürüşlər və digər dini mərasimlərin təşkilinin və keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarının pozulmasına, ruhanilər və dini qurumların üzvləri tərəfindən uşaqlar və gənclər üçün xüsusi yığıncaqların keçirilməsinə, habelə dini ayinlərin icrası ilə əlaqədar olmayan əmək, ədəbiyyat dərnəkləri və qrupları, digər dərnəklərin və qrupların təşkilinə, dini qurumun qeydiyyatdan keçdiyi hüquqi ünvandan kənarda fəaliyyət göstərməsinə, dini qurumun öz yaranma məqsədlərinə zidd olan fəaliyyəti həyata keçirməsinə görə fiziki şəxslər 1500 manatdan 2 min manatadək məbləğdə, vəzifəli şəxslər isə 7 min manatdan 8 min manatadək məbləğdə cərimə ediləcəklər.

Qeyd edək ki, qanun layihəsinin müzakirəsi plenar iclasa tövsiyə olunub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler