Gözəl əxlaq- dinin yarısıdırBölmə: Din
![]() İnsana dəyər verən və Allah Təala yanındakı məqamını yüksəldən əməllərdən biri də gözəl əxlaqdır. “Xalqinfo” Deyerler.org-a istinadən xəbər verir ki, gözəl əxlaq odur ki, insan ailəsi və başqaları ilə xoş rəftar edər. Səbirli, hövsələli, təvazökar olar. (Erfan) Həzrət Peyğəmbər (s) buyurur: “Bütün insanlarla gözəl əxlaqla rəftar edin”. İmam Sadiq (ə) buyurur: “Mömin İlahi vaciblərdən sonra, Allah Təalanın dərgahına insanlara rahatlıq verən əxlaqdan daha sevimli əməl gətirməz”. Həzrət Peyğəmbər (s) insanlara xitab edərək buyurur: “Xoş əxlaqlı olun, çünki xoş əlxaq çarəsiz behiştdədir. Pis əxlaqdan çəkinin, çünki pis əxlaq çarəsiz cəhənnəmdədir”. Həzrət (ə) başqa yerdə buyurur: “Gözəl əxlaq - dinin yarısıdır”. Həzrət Peyğəmbər (s) Əbuzərə buyurur: “Harada olsan, İlahi təqvaya riayət et, insanlarla xoş əxlaqla rəftar et. Nə zaman günah etsən, elə bir həsənə yerinə yetir ki, həmin günahı məhv etsin”. Bir kişi Peyğəmbərlə (s) üz-üzə gəlir və soruşur: “Din nədir?”. Həzrət (s) buyurur: “Xoş əxlaq”. Sonra Peyğəmbərin (s) sağ tərəfindən gəlir və deyir: “Din nədir?”. Buyurur: “Xoş əxlaq”. Sonra sol tərəfindən gəlib, bu sualı verir və eyni cavabı eşidir. Həmin kişi Peyğəmbərin (s) arxasından gəlib, həmin sualı verən zaman, Həzrət (s) buyurur: “Dinin nə olduğunu başa düşmədin? Din odur ki, qəzəblənməyəsən”. |
XƏBƏR LENTİ
17.02.19 13:42 | Zakir Həsənov BƏƏ-nin müdafiə məsələləri naziri ilə görüşdü
17.02.19 13:40 | Azərbaycanda hava şəraiti dəyişəcək, sulu qar yağacaq
17.02.19 13:35 | Tramp yeni Suriya mesajı verdi, Avropadan dəstək istədi
16.02.19 21:40 | Zakir Həsənov BƏƏ-yə yola düşdü
16.02.19 21:36 | Daha 318 şəhid vərəsəsinə birdəfəlik ödəmə veriləcək
16.02.19 18:51 | 2024-cü ildən sonra Putin öz gələcəyini necə düşünür
16.02.19 18:21 | Nazirlər münaqişənin tənzimlənməsindən danışdılar
16.02.19 18:09 | "Provakasion çəkilişlərə əhəmiyyət verməməyə çağırırıq" -
Əli Hüseynlidən insidentlə bağlı AÇIQLAMA
Əli Hüseynlidən insidentlə bağlı AÇIQLAMA
16.02.19 18:05 | Prezidentin köməkçisi “Neolit”dəki insidentə münasibət bildirib
16.02.19 18:03 | "Düşmənçilik toxumu səpməyə çalışan xarici qüvvələrin təxribatıdır" -
Rusiya azərbaycanlılarından BƏYANAT
Rusiya azərbaycanlılarından BƏYANAT
|