» » Şeyx:"Heç bir dəyişiklik olmayacaq"

Şeyx:"Heç bir dəyişiklik olmayacaq"

Bölmə: Din, BLOK XƏBƏR
Şeyx:"Heç bir dəyişiklik olmayacaq"Azərbaycanda tolerantlıq, din-dövlət arasındakı münasibətlər ən yüksək səviyyədə qurulub.

Xalqinfo.az Trend-ə istinadən xəbər verir ki , bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Aşura günü ilə bağlı bu gün keçirilən qanvermə aksiyasında jurnalistlərə bildirib.

Şeyxülislam A.Paşazadə bildirib ki, ümummilli Heydər Əliyevin qurduğu din-dövlət münasibətləri, ölkədə dinə olan münasibət və dinin də dövlətə olan münasibətləri bəllidir: "Heydər Əliyev elə bir bünövrə qoyub ki, müstəqilliyimiz davam etdikcə din-dövlət münasibətlərində də heç bir dəyişiklik olmayacaq. Azərbaycanda tolerantlıq, din-dövlət arasındakı münasibətlər ən yüksək səviyyədə qurulub. Bu gün də Prezident İlham Əliyev tərəfindən din-dövlət münasibətləri ən yüksək səviyyədə uğurla davam etdirilir".

Şeyxülislam Allahşükür Paşazadə sonra qeyd edib ki, bizdən sonra Aşura günündə Türkiyədə, başqa ölkələrdə qan verməyə başlayıblar: "Azərbaycanın ənənələri başqa dövlətlərə də keçəcək. Kərbəla şəhidləri ilə bərabər öz şəhidlərimizə də dualar oxuyuruq".

QMİ sədri deyib ki, Vətənini sevməyənin imanı da yoxdur, belələri cəzalarını çəkəcəklər: "Xalqımız bir olsa, ölkədə arzuedilməz hadisə, qarışıqlıq olmaz. Xalqımız arasında birlik var, biz dövlətimizin apxasındayıq".

Şeyxülislam Allahşükür Paşazadə bildirib ki, zəncirlə qan çıxarmaqdansa, qan vermək daha savabdır.

QMİ sədri şeyxülislam Allahşükür Paşazadə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı qanvermə aksiyasında iştirak edib, qan veriblər.




Kainat Şirin


Xalqinfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler