» » Məkkədə vəfat edən zəvvar qadının əri-

Məkkədə vəfat edən zəvvar qadının əri- "Komadan ayılmadı..."

Bölmə: Din, BLOK XƏBƏR
 Məkkədə vəfat edən zəvvar qadının əri-

Kəklik Aslanova sabah Məkkədə dəfn olunacaq


Bu gün Məkkədə daha bir azərbaycanlı zəvvar dünyasını dəyişib. APA TV-nin xəbərinə görə, ölən zəvvar 1957-ci il təvəllüdlü Kəklik Aslanova olub.

Mərhumənin həyat yoldaşı Elçin Aslanov bildirib ki, Kəklik Aslanovanın təzyiqi qəflətən aşağı düşüb və həkimlərin səyi heç bir nəticə verməyib: "Bədəni dözmədi, komaya düşdü. Əvvəlcə çalışdıq özümüz ayıldaq, ayılmadı. Sonra təcili yardımla xəstəxanaya apardıq. Orda baxıb analiz elədilər, dedilər qanda sidik turşusu artıb, o da böyrəklərə təsir edib. Böyrəklərin fəaliyyəti zəifləyib, koma vəziyyətinə düşüb".

Elçin Aslanov onu da bildirib ki, Kəklik Aslanova sentyabrın 27-də elə müqəddəs torpaqda dəfn olunacaq. Orada mərhum zəvvarın 3 və 7 mərasimləri təşkil ediləcək. Eyni zamanda həmin gün Abşeron rayon Masazır qəsəbəsində ailəsi tərəfindən Kəklik Aslanovanın yas mərasimi keçiriləcək.

Qeyd edək ki, bu il Həcc zamanı dünyasını dəyişən azərbaycanlıların sayı iki nəfərə çatıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler