» » Məkkədə daha bir azərbaycanlı öldü

Məkkədə daha bir azərbaycanlı öldü

Bölmə: Din, BLOK XƏBƏR
Məkkədə daha bir azərbaycanlı öldü

Bu gün Məkkədə daha bir azərbaycanlı zəvvar dünyasını dəyişib.

"Xalqinfo"nun ans press-ə istinadən məlumatına görə, bu, 1957-ci il təvəllüdlü Kəklik Aslanova olub. Mərhumənin təzyiqi aşağı düşüb və həkimlərin səyi nəticə verməyib.

Beləliklə, bu il Həcc zamanı dünyasını dəyişən azərbaycanlıların sayı iki nəfərə çatıb.

Dünən Mina dağından geri qayıdarkən dünyasını dəyişmiş 60 yaşlı Fəxrəddin Zeynalov əslən Qubadlı rayonunun Dondarlı kəndindəndir. Ürək tutmasından qəfil dünyasını dəyişən Fəxrəddin Zeynalov Xırdalan şəhərində yaşayırdı. 61 yaşlı zəvvarımız su idarəsində çalışıb. Məcburi köçkün olan Fəxrəddin Zeynalov 3 oğul, bir qız atası idi. Mərhumun yas mərasimi sentyabrın 29-da Sumqayıt şəhərində təşkil olunacaq.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler