» » Şeyxdən tövsiyyələr - VİDEO

Şeyxdən tövsiyyələr - VİDEO

Bölmə: Din, BLOK XƏBƏR, MANŞET
Şeyxdən tövsiyyələr - VİDEOXalqinfo.az bildirir ki, Bu gün Azərbaycan Ramazan bayramını qeyd edir.Səhər saat 9-dan etibarən Azərbaycandakı məscidlərdə bayram namazı qılınıb.

Dünəndən isə ölkədə bayram tətili başlayıb. Bayram axşamı ərəfəsi Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə müsəlmanlara bayaramı necə keçirmək barədə tövsiyyələr verib.

Müqəddəs Ramazan bayramı müsəlmanlar tərəfindən hicri təqviminin ikinci (622-ci il) ilindən qeyd olunmağa başlayıb.

Ramazan ayı insanlara Allahı sevməyi öyrədir; onlara öz iradəsini, dözümünü yoxlamaq imkanı verir; insanları gözüaçıq, təmizvicdanlı olmağa yönəldir və bunlar orucla ifadə olunur.

Orucluq öz tarixinə Məhəmməd Peyğəmbər (s.ə.s) tərəfindən Mədinədə bu məqsədlə Ramazan ayı keçiriləndən başlayır. Məhz Ramazan ayının axırıncı 10 gecəsinin birində Quran nazil edilib. Bu gecə “leylətül-qədr” – qüdrətli, əzəmətli gecə adlanır. Quranda bu gecə haqqında belə yazılır: “Biz bu gecə, həqiqətən, qüdrət, əzəmət hədiyyə etmişik; bu gecə 1000 aydan da qüdrətlidir. Mələklər aşağı enərək Allahın əmrini gözləyirlər, bu gecə şəfəq doğanadək əmin-amanlıqdır, sülhdür” (97:1-5).

Orucluqda günün işıqlı vaxtı yemək, içmək, siqaret çəkmək, ər-arvad arasında cinsi yaxınlıq və s. olmaz. Bunlardan yalnız uşaqlar, xəstələr, hamilə qadınlar, cəbhədə vuruşanlar, yolçular (səyyahlar) azad olunurlar. Quranda yazılır: “Yeyin, için, qara sap ağ sapdan seçilənədək, sonra qaranlıq düşənədək oruc tutun” (2:187).

Orucluq İslamdan əvvəl də mövcud idi. Hələ qədim ərəblər öz “allahları” rizasına oruc tuturdular. Bu barədə Quranda deyilir: “Sizlərə oruc tutmaq buyurulduğu kimi, sizdən əvvəlkilərə də buyurulmuşdur”.

Orucluq pəhrizi qurtarmaq – “id əl-fitr” bayramı ilə başa çatır. Həmin gün bütün imkanlı müsəlmanlar kasıblara yardım etməlidirlər. Fitrə verərkən bütün ailə üzvləri nəzərə alınır.


Kainat Şirin

Mənbə
ANS ,
Sizinyol.com

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler