» » Bu gün Ramazan ayının ilk günüdü

Bu gün Ramazan ayının ilk günüdü

Bölmə: Din, BLOK XƏBƏR, MANŞET
Bu gün Ramazan ayının  ilk günüdüBu gün müsəlmanlar üçün müqəddəs sayılan Ramazan ayının ilk günüdür. Artıq müsəlmanlar ilk oruclarını tutublar.

Xalqinfo.az-ın məlumatına görə, İslam dininə görə, bu ayda insanlar oruc tutaraq, nəfsinə qalib gəlməlidirlər.Bununla da onlar ruhən təmizlənmiş olarlar.

Müqəddəs Qurani - Kərimdə bildirilir ki, oruc Allah rizası üçün tutulur və onun mükafatı da Allah tərəfindən verilir.

Bu il ən uzun gün olan iyun ayının 21-nə, Ramazan ayının 4-nə təsadüf edir. Möminlər həmin gün ən uzun müddətli orucu tutacaqlar. Ən uzun oruc Skandinaviya ölkələrində, ən qısa oruc Cənubi Amerikada qeydə alınacaq.

Ölkəmizdə Bakı vaxtı üçün ən uzun oruc iyunun 22-də qeydə alınacaq və 17 saat 31 dəqiqə olan oruc müddəti 3 gün davam edəcək.

Qeyd edək ki, Bakı üçün bu gün iftar vaxtı saat 21:29-da nəzərdə tutulub.

Allah tutulan bütün orucları qəbul etsin!
Mənbə
ANSPRESS

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler