» » Şeyx Amerikaya gedir

Şeyx Amerikaya gedir

Bölmə: Din
Şeyx Amerikaya gedir
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti 29-30 aprel tarixlərində“ABŞ-Azərbaycan Konvensiyası: Gələcəyə baxış” mövzusunda keçiriləcək tədbirdə iştirak etmək üçün Vaşinqtona səfər edəcək.


QMI-nin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərdə bildirilir ki, Azərbaycandakı dini konfessiya rəhbərlərinin – pravoslav icmanın rəhbəri Arxiyepiskop Aleksandr İşeyin, dağ yəhudiləri icmasının başçısı Melih Yevdayev və katolik icmanın ordinatoru Vladimir Feketenin daxil olduğu nümayəndə heyəti tədbirin “Dialoqun möhkəmləndirilməsi - tolerantlığın təşviq olunması” mövzusunda IV sessiyasında iştirak edəcəkdir. Sessiyanın panel iclasında QMİ sədri A. Paşazadə Azərbaycanda mövcud tolerantlıq mühiti barədə məruzə edəcək.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler