» » Kəbənin sirlərindən biri çözüldü (FOTO)

Kəbənin sirlərindən biri çözüldü (FOTO)

Bölmə: Din, BLOK XƏBƏR
Kəbənin sirlərindən biri çözüldü (FOTO)
Müsəlmanların qibləgahı olan müqəddəs Kəbənin sirlərindən biri çözülüb. ANS PRESS-in məlumatına görə, Kəbədəki giriş qapılarının söküntüsünə başlanılıb. Söküntü zamanı giriş qapılarının sütunlarının bəzilərinin İslamiyyətdən əvvəlki dövrə aid olduğu üzə çıxıb.

1573-1577-ci illərdə Osmanlı Sultanı II Səlim və oğlu Sultan Muradın zamanında inşa edilən giriş qapılarının bəzilərinin islamiyyətdən öncə, bəzilərinin isə Əməvilərin, Abbasilərin dövrünə aid olduğu məlum olub. İlkin ehtimallar görə, bu sütunlar Kəbənin inşası zamanı xarici ölkələrdən gətirilib.

Qeyd edək ki, bütün bu söküntü yenidən bərpa işləri Kəbənin Genişləndirilməsi Proqramına uyğun olaraq həyata keçirilir. Söküntü işlərini həyata keçirən şirkətdən bildiriblər ki, Kəbədəki heç nəyin orijinallığına xələl gətirilməyəcək.

Xatırladaq ki, giriş qapılarındakı sütunların söküntü işlərinə 2012-ci ildə başlanılmışdı.
Kəbənin sirlərindən biri çözüldü (FOTO)

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler