» » "Heydər Əliyevin Allah sevgisi valideynlərindən qaynaqlanırdı"-Şeyxülislam

"Heydər Əliyevin Allah sevgisi valideynlərindən qaynaqlanırdı"-Şeyxülislam

Bölmə: Din, BLOK XƏBƏR, MANŞET
"Heydər Əliyevin Allah sevgisi valideynlərindən qaynaqlanırdı"-Şeyxülislam

Bu gün Qafqaz Müsəlmanları İdarəsində ulu öndər, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə лonfrans keçirilib.

QMİ-nin Mətbuat Xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə keçirilən konfransda Azərbaycan hökumət və parlament təmsilçiləri, Azərbaycandakı dini konfessiyaların rəhbərləri, tanınmış elm, din və ictimaiyyət xadimləri iştirak ediblər.

Konfransda çıxış edən QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə Heydər Əliyev şəxsiyyətini ali mənəviyyat sahibi kimi dəyərləndirib. "Heydər Əliyev həzrətləri kimi şəxsiyyətlər hər bir xalq və məmləkət üçün yüzilliklər ərzində tək-tək yetişir. Bu insanın dövlətçilik, rəhbərlik qabiliyyətləri dünya miqyasında hamıya məlumdur. Lakin zənnimcə, bu görkəmli şəxsiyyətin, ilk növbədə, böyük mənəviyyat sahibi olması xüsusi əhəmiyyətə malikdir. Bu mənəviyyat illərlə, onilliklərlə onun Vətənə, millətə xidmətinin cövhərində olub".

Şeyxülislam A. Paşazadə vurğulayıb ki, Heydər Əliyev qəlbən hər zaman imanlı insan olub və mən bunun şəxsən şahidi olmuşam. "Onun Allah sevgisi, dinimizə müqəddəs yanaşması, ilk növbədə, təbii ki, ailəsindən, mömin valideynlərindən qaynaqlanmışdı. Lakin o, bu sevgini həyatın bütün keşməkeşli dövrlərində hifz edərək, daha da dərinləşdirməyə, kamilləşdirməyə nail olmuşdu".

Daha sonra Şeyxülislam A. Paşazadə Heydər Əliyev həzrətlərinin müqəddəs səfər - Məkkə ziyarəti ilə bağlı xatirələrini bölüşüb. Dünyanın ən müqəddəs yerində, yalnız seçmə insanların ayaq basdığı Kəbə evinin daxilində Azərbaycan prezidenti böyük ata kimi Allahdan millətimizi hifz etməsini, xalqının bəlalardan qurtulmasını diləyir, dövlətimizin müstəqillyinin əbədi, həyatımızın firavan və xeyir-bərəkətli olmasını arzulayırdı.

QMİ sədri bildirib ki, sonralar Heydər Əliyevin səy və iradəsi hesabına müqəddəs dəyərlərin dirçəldilməsi, dini məbədlərin bərpası, dövlət rəhbərimizin mərasimlərdə fəal iştirakını gördükcə bir daha hamıya bəlli olurdu ki, illər uzunu hökm sürən ateist təbliğatı onun qəlbinin dərinliklərində kök salmış Allah sevgisinə zərrə qədər xələl gətirməyib, bu sevgi övladlarına da sirayət etmiş, onlar da müqəddəs dinlərinə ehtiram ruhunda tərbiyə olunublar.

Şeyxülislam A. Paşazadənin fikrincə, "Heç vaxt inamımızdan, dinimizdən uzaqlaşmayacaq və bu mənəvi mənbələrdən istifadə edərək gələcəyimizi quracağıq" sözləri Heydər Əliyev həzrətlərinin dünyalar qədər sevdiyi Azərbaycanın gələcək səadətinin təminində müqəddəs dinimizin oynayacağı rolu uzun illər əvvəldən düşündüyünü göstərir, İslam dəyərlərinə sədaqətindən xəbər verirdi. A. Paşazadə xüsusi vurğulayıb ki, ulu öndər Qafqazın tarixi dini mərkəzi olan Qafqaz Müsəlmanları İdarəsinin rolu və fəaliyyətini hər zaman yüksək dəyərləndiririb.

QMİ sədri Azərbaycanda tolerantlığın dövlət siyasəti olaraq əsasının ümimmilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu və bu xəttin möhtərəm dövlət başçımız İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirildiyini diqqətə çatdırıb. Şeyx ölkəmizin mədəniyyətlər, dinlərarası dialoq, multikulturalizm sahəsində avanqard rol oynamasının Heydər Əliyev irsindən qaynaqlandığını rəğbətlə vurğulayıb.

Şeyxülislam A. Paşazadə məlumat verib ki, Azərbaycan məscidlərində 8 may tarixində cümə namazı xütbələrində ulu öndərin xatirəsi yad olunub. Bundan əlavə, 9 və 10 may tarixlərində də məscidlərdə oxunan moizələrdə ümummilli liderimiz Heydər Əliyevin tarixi xidmətləri yad olunacaq, ruhuna dualar oxunacaq.

Konfransdan sonra ulu öndər Heydər Əliyevin xatirəsinə böyük ehsan mərasimi təşkil edildi, ümummilli liderin ruhuna dualar oxunub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler