» » İsti havalar İranda qadın geyimlərinə təsir edir(Video)

İsti havalar İranda qadın geyimlərinə təsir edir(Video)

Bölmə: Din, BLOK XƏBƏR, MANŞET
İsti havalar İranda qadın geyimlərinə təsir edir(Video)İranda əxlaq polisi ləğv edilə bilər. Xalqinfo.az-ın məlumatına görə, İranda havaların istiləşməsi ilə müsəlman qadınların geyim tərzi yenidən gündəmə gəlib. Bir tərəfdən qatı mühafizəkarlar qadınların baş örtüyünü düzgün qaydada geyinmələrini və əxlaqi normalara riayyət etmələrini tələb edir. Digər tərəfdən isə islahatçı dövlət başçısı Həsən Ruhani qadınların geyiminə nəzarət üçün əxlaq polisinin olması ilə razılaşmır.

Ruhani son günlər artıq ikinci dəfə bu haqda bəyanat verərək, İran polisinin İslamın nəzarətçisi rolunu yerinə yetirməsinə qarşı fikirlər səsləndirib. Həsən Ruhaninin əxlaq polisi ilə bağlı çıxışı dünən İran dövlət telekanalında yayımlanıb.

“Hamıya İslam dinini izah etməyi tələb edə bilmərik. Bu böyük xaosa səbəb ola bilər. Tapançası və qandalı olan polis mühafizə üçün yaradılıb. Məgər onlara İslamı izah etmək tapşırığı verə bilərik? Polis bəyəm dini məktəbdir? Hər kəs öz vəzifəsini yerinə yetirməlidir”.

Ötən həftə İranın Üləmalar Məclisinin sədri Ayətullah Məhəmməd Yəzidi ölkənin icra orqanlarının, o cümlədən onların nəzarətində olan polisin şəriət qaydalarının qorunmasına nəzarət etməli olduqlarını bildirib. Yəzidiyə görə əks halda, hazırkı Ruhani höküməti İranda legitimliyini itirə bilər.

İranın prezidenti Həsən Ruhani rəhbərliyi dövründə bir sıra sosial, o cümlədən qadınların geyimi məsələsində tolerantlıq nümayiş etdirib. Hazırda Tehran küçələrində əvvəlki illərdən fərqli olaraq dar, rəngarəng köynəklər geyinən və baş örtüyünü yarımçıq bağlayan qadınlar sərbəst şəkildə gəzə bilir.


Mənbə
ANS-TV

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler