Obama: Gündə beş dəfə namaz qılmaq çox çətindir

Bölmə: Din
Obama: ABŞ prezidenti Barak Obama müsəlmanları əsəbləşdirə biləcək açıqlama verib. Xalqinfo.az-ın məlumatına görə, şənbə günü ABŞ prezidenti Ağ ev jurnalistlərinin şərəfinə şam ziyafəti təşkil edib.

Jurnalistlər qarşısında çıxışında o müsəlman olması barədə deyilənlərə aydınlıq gətirmək istəyib. Kimisinə görə onun cavabı zarafatcıl, kimisinə görə isə qıcıqlandırıcı olub.

“ABŞ prezidenti olmaq heç də asan bir iş deyil. Hələdə pis vəziyyətdə olan miqrant sistemini təmir etmək, konqres, İranla müzakirələr aparıram. Bunları edərkən bir yandan da gündə beş dəfə namaz qılmaq çox çətindir".

Qeyd edək ki, 2012-ci ildə aparılan bir araşdırmada ABŞ-da yaşayanların 17 faizinin əsli Kenyadan, müsəlman olan Obamanın da gizli bir şəkildə müsəlman olduğuna inandığını üzə çıxarmışdı.

Bu iddialardan sonra xristian olduğunu açıqlayan Obama "Barak H. Obama" şəklindəki adından Hüseyn sözünü də çıxarıb.

Mənbə
ANS PRESS

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler