» » İsa peyğəmbər haqqında daha bir şok iddia-

İsa peyğəmbər haqqında daha bir şok iddia- O da evlənib

Bölmə: Din, BLOK XƏBƏR
İsa peyğəmbər haqqında daha bir şok iddia-
İsrailli alimlərdən biri uzun araşdırmalardan sonra İsa peyğəmbərin oğlu olmasına dair iddialar irəli sürüb.

ans press-in məlumatına görə, israilli geoloq Are Şimron İsa peyğəmbərin evləndiyini, hətta bir oğlu olduğunu və ailəsi ilə birlikdə Qüdsdə basdırıldığını sübut edə biləcəyini deyib. Bu barədə “Focus” dərgisi xəbər yayıb.

İsrailli elm adamı İsa peyğəmbərin Qüdsdəki Talpiot ailə qəbristanlığında basdırıldığını bəyan edərək, hətta bu iddianı bir sıra adamlara sübut etdiyini də dilə gətirib.

Onun sözlərinə görə, qəbristanlıqda İsa peyğəmbərlə yanaşı, Məryəm ana və oğlu Yahuda da basdırılıb. “Yakobus-Ossuar” adlanan sümük qutusu 13 il əvvəl tapılsa da bunun saxta olub olmadığı sübut edilə bilməmişdi.

Tapılan sümük qutularından birinin üzərində “İsanın qardaşı, Yusifin oğlu Yaqub” və digərində isə “İsanın oğlu Yahuda” yazılmışdı. Şimron bu iş üzərində çalışaraq yakobus sümük qutusundan aldığı sümük nümunələri ilə Talpiot qəbristanlığından çıxardığı nümunələri müqayisə edib və onların eyni olduğundan əminliyini bildirib.

Xatırladaq ki, İsa peyğəmbərin ailə qəbri 1980-ci ildə üzə çıxarılıb və indiyədək saxta olub-olmadığı sübut edilməmişdi.

Bundan başqa, ötən il ABŞ-ın Massaçusets, Kolumbiya və Harvard universitetləri araşdırma nəticəsində İsa peyğəmbərin evləndiyini bəyan etmişdi.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler