» » Mübariz Qurbanlı “Cümə” məscidində

Mübariz Qurbanlı “Cümə” məscidində

Bölmə: Din
Mübariz Qurbanlı “Cümə” məscidində
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Siyəzəndə vətəndaşları qəbul edib.

ans press-in komitənin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Mübariz Qurbanlı martın 29-da Siyəzəndəki Heydər Əliyev Mərkəzində Siyəzən, Xaçmaz və Şabran rayonlarından olan sakinləri qəbul edib. Qəbulda vətəndaşlar əsasən məscidlərin təmiri, dini icmaların fəaliyyəti, onların dövlət qeydiyyatına alınması, dini kitabların və ləvazimatların satışı üçün mağazaların lisenziyası və digər məsələlərlə bağlı müraciət ediblər. Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı vətəndaşların müraciətlərinin bəzilərinin həlli, bəzilərinin isə araşdırılması üçün göstərişlər verib. 15 nəfərədək vətəndaşı qəbul edən komitə sədri bir sıra müraciətləri yerindəcə həll edib. Komitənin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə baxılması və müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara çatdırılmaq məqsədilə qeydiyyata alınıb.

Qəbuldan sonra Komitə sədri Siyəzən rayonunda fəaliyyət göstərən dini icmaların üzvləri, ağsaqqallar və gənclərlə görüşüb. Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımovun da iştirak edib. Daha sonra görüş iştirakçıları Siyəzən şəhərindəki “Cümə” məscidini ziyarət edib, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən məscidə müvafiq ədəbiyyatlar təqdim olunub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler