» » İslam haqqında 100 illik qanun dəyişildi

İslam haqqında 100 illik qanun dəyişildi

Bölmə: Din
İslam haqqında 100 illik qanun dəyişildi
Avstriya parlamenti ölkənin İslam haqqında yüzillik qanuna dəyişikləri qəbul edib.

ans press-in məlumatına görə, radikal islamçılarla mübarizə aparmağı da nəzərdə tutan qanun müsəlmanlara daha çox hüquqi təhlükəsizlik versə də, eyni zamanda məscidlərin və imamların xaricdən maliyyələşməsini qadağan edir.

Avstriyanın İnteqrasiya Naziri Sebastian Kurz islahatları müdafiə edib. Amma müsəlman liderlər deyirlər ki, islahatlar onları bərabər tutmur. 1912-ci ildə yaradılmış qanun Avstriyada İslama rəsmi din statusunu vermişdi. Həmin qanuna Avropada İslamla bağlı nümunə kimi baxılıb.

İlk dəfə üç il öncə təklif olunan yeni ölçülərdə dini tətillərin qorunması və imamların təlimdən keçməsi qeyd olunur. Amma müsəlman qruplar deyirlər ki, xarici maliyyə barədə qadağa ədalətsizdir, çünki xristian və yəhudi qruplara qarşı belə bir qadağa yoxdur. Onlar deyirlər ki, qanun müsəlmanlara qarşı inamsızlığın nümunəsidir. Bəzi qruplar konstitusiya məhkəməsində qanuna qarşı şikayət etməyi planlaşdırır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler