» » "Bəzi insanların təfəkküründə yanlış dini stereotiplər var" -

"Bəzi insanların təfəkküründə yanlış dini stereotiplər var" - Mübariz Qurbanlı

Bölmə: Din
"Bəzi insanların təfəkküründə yanlış dini stereotiplər var" -
"Bəzi radikal qrupların gəncləri öz təsir dairəsinə salmasının qarşısının alınması üçün görülən işlər bundan sonra da davam etdiriləcək".

APA-nın xəbərinə görə, bunu Dini İşlər üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Prezident yanında Dövlət İdarəçilik Akademiyasının tələbələri qarşısında çıxışında deyib.

O, bildirib ki, Azərbaycanda dini radikalizmə qarşı mübarizə qanun çərçivəsində aparılır və bu mübarizədə ən effektiv vasitə maarifləndirmə işidir.

Komitə sədri Azərbaycanda hər kəsin dini etiqadını ifadə etmək və yaymaq hüququnun, bütövlükdə konstitusion normalarla tənzimlənən vicdan azadlığının tam bərqərar olunması üçün bütün zəruri tədbirlərin görüldüyünü, dini radikalizmin, fanatizmin, ekstremizmin qarşısının alınması istiqamətində strateji əhəmiyyətli tədbirlərin həyata keçirildiyini söyləyib: “Azərbaycanda bütün sahələrdə olduğu kimi, dövlət-din münasibətləri də yüksək səviyyədə qurulub. Ölkəmizdə din dövlətdən ayrı olsa da, dövlət dini himayə etməkdən imtina etməyib.

İnsanların öz dini ibadətlərini icra etmələri üçün hər cür şərait var. Azərbaycan iqtisadi inkişafı ilə yanaşı, dünyada həm də tolerantlıq modeli ilə tanınan bir ölkədir. Lakin hələ də bəzi insanların təfəkküründə yanlış dini stereotiplər var və bu, bir çox hallarda problemlər yaradır. Digər tərəfdən isə bu, bəzi dini icmaların, sektaların pozucu fəaliyyəti ilə bağlı olur. Bütün bunlar bəzən gənclər arasında çaşqınlığın yaranmasına gətirib çıxarır”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler