DataLife Engine > BLOK XƏBƏR > Mitinqə razılıq verildi

Mitinqə razılıq verildi


12-02-2020, 18:15. Yerləşdirdi: Tural Mitinqə razılıq verildi




Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat, REAL partiyaları, D 18 təşkilatı və müstəqil namizədlərin mitinqlə bağlı müraciətinə cavab verib.

BŞİH-dən "Qafqazinfo"ya verilən məlumata görə, müraciətə baxılıb və mitinqin fevralın 16-da saat 15:00-dan 17:00-dək Lökbatan qəsəbəsi, 28 May küçəsi, "Neftçi" İdman Klubunun Qaradağ təlim idman bazasında keçirilməsinə razılıq verilib.

Qeyd edək ki, Müsavat, REAL partiyaları, D 18 təşkilatı və müstəqil namizədlər seçki ilə bağlı Bakı şəhərində "28 May" metrostasiyasının qarşısındakı meydanda (Cəfər Cabbarlı heykəlinin qarşısı) mitinq keçirilməsi üçün BŞİH-ə müraciət edib.
Geri qayıt