DataLife Engine > BLOK XƏBƏR > Rəis göndərilən müavinin yerinə təyinat

Rəis göndərilən müavinin yerinə təyinat


10-01-2020, 13:31. Yerləşdirdi: Tural Rəis göndərilən müavinin yerinə təyinat





Mingəçevir Polis Şöbəsində yeni təyinat olub.

“Xalqinfo”nun xəbərinə görə, polkovnik-leytenant Cavid Talıbov Mingəçevir ŞPŞ-yə əməliyyat işləri üzrə rəis müavini təyin edilib.

Bununla bağlı Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

O, bu vəzifədə Azay Ağayevi əvəz edib. A. Ağayev ötən ilin oktyabr ayında Daşkəsən RPŞ-yə rəis təyin edilib.
Geri qayıt