DataLife Engine > BLOK XƏBƏR > İki rayona yeni prokuror təyin olundu

İki rayona yeni prokuror təyin olundu


25-12-2019, 16:18. Yerləşdirdi: Tural İki rayona yeni prokuror təyin olundu





Azərbaycan Respublikasının Baş prokuroru cənab Zakir Qaralovun imzaladığı əmrlərlə Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini Mehman Xankişiyevin Şəki, Baş Prokurorluğun Kadrlar idarəsinin prokuroru Ramil Əliyevin isə Siyəzən rayon prokuroru vəzifələrinə təyin edilib.

Xalqinfo.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov özünün facebook səhifəsində paylaşım edib.
Geri qayıt