DataLife Engine > BLOK XƏBƏR, GÜNDƏM > Azərbaycanlıdan rüşvət alan nazirlik işçisi tutuldu

Azərbaycanlıdan rüşvət alan nazirlik işçisi tutuldu


21-12-2019, 18:30. Yerləşdirdi: Tural Azərbaycanlıdan rüşvət alan nazirlik işçisi tutuldu
Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin antikorrupsiya agentliyinin əməkdaşları Kvemo Kartli bölgəsində Təbii Sərvətlər Nazirliyinin ətraf mühitin mühafizəsi şöbəsinin mütəxəssisini tutub.

Xalqinfo” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, nazirlik işçisi Azərbaycan vətəndaşından min lari (339 dollar) rüşvət alarkən saxlanılıb. O, rüşvət qarşılığında təsərrüfatçının elektron aparatla qanunsuz balıq ovu etməsinə göz yumub.

“Rüşvət alma” maddəsi üzrə cinayət işi açılıb, 6 ildən 9 ilədək azadlıqdan məhrumetmə cəzası gözlənilir.
Geri qayıt