DataLife Engine > BLOK XƏBƏR, MANŞET, GÜNDƏM > Ermənilər Qazaxdakı yaşayış evlərini atəşə tutdu

Ermənilər Qazaxdakı yaşayış evlərini atəşə tutdu


18-12-2019, 09:18. Yerləşdirdi: Tural Ermənilər Qazaxdakı yaşayış evlərini atəşə tutdu
Dünən saat 20:30 radələrindən başlamaqla Ermənistan Silahlı Qüvvələrinin Noyemberyan rayonunun Koti və Boqanis kəndlərinin yaxınlığındakı döyüş möv­qelərindən “Qazax” əlahiddə sərhəd diviziyasının Qazax rayo­nunun Quşçu Ayrım və Fərəhli kəndləri istiqa­mətin­dəki sərhəd döyüş məntə­qələri və kənd sakinlərinin yaşayış evləri intensiv atəşə tutulub.

"Xalqinfo" xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Düşmən bölmələrinin atəş nöqtələrinə qarşı cavab atəşi açılıb.
Geri qayıt