DataLife Engine > BLOK XƏBƏR, MANŞET > Səs verərkən namizədin hansı xüsusiyyətləri nəzərə alınmalıdır?

Səs verərkən namizədin hansı xüsusiyyətləri nəzərə alınmalıdır?


16-12-2019, 16:05. Yerləşdirdi: Tural Səs verərkən namizədin hansı xüsusiyyətləri nəzərə alınmalıdır?
Kommersiya Hüququ üzrə Beynəlxalq səviyyəli ekspert Vüsal Məmmədov seçicilərin mariflənməsinə kömək məqsədiylə növbədənkənar parlament seçkiləri ilə bağlı maraqlı məqalə hazırlayıb. "Xalqinfo" həmin materialı təqdim edir:

Deputatlığa namizədlər seçki təşviqatı zamanı seçicilərinə bir çox populist vədlər verirlər. Bəs reallıqda deputatın hansı səlahiyyətləri və gücü vardır? Deputat seçicilərinə hansı köməkliyi edə bilər?

Namizəd və saxta vədlər

Bir çox namizəd seçki təşviqatı dövründə seçicilərin rəğbətini və seçki günü onların həmin namizədə səs verməsi üçün bir çox populist vədlər verir. Düzdür, deputat icra orqanları və məhkəmələrdən sorğu almaq və onlarla görüşmək hüquqi varki buda müəyyən mənada hər hansı seçicinin individual probleminin həllində köməklik ola bilər. Lakin böyük ölçüdə deputatın işi ümumi xalq və dövlət üçün qanunvericilik layihələrin hazırlanmasında iştirak etməkdən ibarətdir. Yəni deputat bir seçicinin deyil bütün xalqın və dövlətin mənafeyini qoruyacaq qanun layihələrin hazırlanması, dəyişdirilməsi vəya ləğv ilə bağlı qanunverici proseslərdə iştirak edir. Hətta hər hansı bir seçicinin şəxsi bir probleminin həll edilməsi yəni həmin problemi hər hansı bir icra orqanı qarşısında qaldımaq üçün də deputat həmin problemin hüquqi yəni qanunvericilik çərçivəsində həll yollarını bilməlidir.

Deputatın səlahiyyətləri:

· Milli Məclisinin və onun orqanlarının iclaslarında iştirak etmək;

· Milli Məclisinin orqanlarına seçmək və seçilmək;

· Qanunvericilik təşəbbüsünü həyata keçirmək; (yeni qanun və ya qərar layihəsinin qəbul olunmasını vəya qüvvədə olan qanuna və ya qərara dəyişikliklər vəya ləğv edilməsi haqqında layihə təklif edə bilər)

· Deputat sorğusu vermək və məlumat almaq və yaymaq;

· Vəzifəli şəxslər tərəfindən təxirə salınmadan qəbul edilmək.

Nəticə: Kimə səs verilməli?

Həm lokal səviyyədə yəni namizədin seçildiyi dairə üzrə seçicinin probleminin həll edilməsi və əsasən böyük ölçüdə isə Milli Məclisdə yəni qanunverici hakimiyyətdə olması və qanunverici layihələrin hazırlanması prosesində iştirak üçün namizədin ilk öncə hüquqi bilik bazaları olmalıdır. Bundan başqa mövcud problemləri analiz etmək və belə araşdırmaların xalq və dövlət mənafeyi nəzərə almaqla hüquqi müstəvi çərçivəsində həll üçün analitik, qanun layihələrin təklifi vəya ləğvi üçün iqtisadi, siyasi və digər sahələr üzrə bilik və bacarıqlar və əsas isə hər hansı problemləri və (vəya) təklifləri gündəmə gətirmək və onu uğurla müdafiə etmək bacarıqları. Əlavə olaraq mümkün beynelxalq təcrübədən yararlanmaq üçün xarici dil bilik və təcrübələri gərəklidi

NAMİZƏDLƏR ÜÇÜN:

Azərbaycan Respublikasının Milli Məclisi 125 deputatdan ibarətdir. Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

Kimlər deputat olmaq üçün namizədliyini verə bilər?

Azərbaycan Respublikasının seçkilərdə iştirak etmək hüququna malik olan hər bir vətəndaşı qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilə bilər.

İrəli sürülən namizədlərin müdafiəsi üçün seçici imzalarının toplanması

Namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı 450 imzası toplanmalıdır. Bəzi imzaların diskvalifikasiya olunma ehtimalını nəzərə alaraq ehtiyat üçün daha çox imzanın toplanması tövsiyə olunur.

Bir seçici birdən artıq namizədin müdafiəsi üçün imza ata bilər.

Birmandatlı seçki dairəsi üzrə qeydə alınmış namizədin 10-a qədər vəkil edilmiş şəxs təyin etmək hüququ vardır.

Namizədlik üçün sənədlərin verilməsi tarixləri

Səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış saat 18.00-dək

Bu ilki Milli Məclisə seçki üzrə namizədlik üçün sənədlər tədqim edilmə tarixləri:

Sənəd qəbulu tarixi 21.12.2019

Son qəbul tarixi 10.01.2020 saat 18:00 a kimi

Seçkiqabağı təşviqatın aparılması müddəti

Seçkiqabağı təşviqat səsvermə gününə 23 gün qalmış başlayır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır

Təşviqatın başlama tarixi 17.01.2020

Təşviqatın son tarixi 08.02.2020 saat 20:00 a kimi

Namizədlər təşviqat zamanı nə etməli?

Namizədlər ilk öncə namizədliklərinin verildiyi ərazini yaxşı analiz etməli və bütün çatışmazlıqları nəzərdən keçirməli və bu çatışmazlıqlar üçün nələr edə biləcək mesajını (platformasını) hazırlamalıdılar. Seçki dairəsi üzrə seçicilərin həmin namizədin platformasını tanıması və səs verməsi üçün ciddi təbliğat yəni tanıtım işləri görülməlidir. Təbliğat üçün bir çox vasitələr vardır: seçicilərlə görüş, plakatların yerləşdirilməsi, media vasitələri ilə çıxışlar, sosial şəbəkələrdə aktiv olmaq və s...

Ölkəmizdə məhdud istifadə edilən lakin dünya praktikasında təbliğat vaxtı istifadə edilən üsullar:

· Namizədliyin verildiyi ərazi üzrə tanınmış influencer (təsir edici gücü olan şəxs) istifadə. Yəni həmin regionun tanınmış, hörmət bəslənilən birinin sizi dəstəkləməsi sizin seçkini qazanmaq şansınızı artıracaqdır;

· Seçki dairə üzrə seçicilərə zəng etmək və bulk (kütləvi) sms mesaj göndərmək.

· Avtomobilə yerləşdirilmiş namizədin plakartı və səsgücləndirici vasitəsilə seçki mesajını küçə-küçə gəzərək seçicilərinə çatdırılması

· Seçkilərin son günü seçicilərə üzərində sizin namizədliyinizi göstərən köynəklərin paylanması və təşviqatın bitməsi ilə əlaqədar seçicilərlə şənlik təşkil etmə.
Geri qayıt