DataLife Engine > BLOK XƏBƏR > Ermənilər Los- Ancelesdə Qarabağ tədbirini pozmağa çalışıb

Ermənilər Los- Ancelesdə Qarabağ tədbirini pozmağa çalışıb


15-11-2019, 13:32. Yerləşdirdi: Gunay Ermənilər Los- Ancelesdə Qarabağ tədbirini pozmağa çalışıb
Los Ancelesdə fəaliyyət göstərən, ABŞ-ın ən böyük yəhudi sinaqoqlarından olan Nessah Sinaqoqunda Ermənistanın Azərbaycana qarşı işğalçılıq və etnik təmizləmə siyasətinin ifşasına həsr olunmuş geniş tədbir keçirilib.

"Xalqinfo"nun məlumatına görə, 400-dək iştirakçının, o cümlədən tanınmış din xadimlərinin, müxtəlif nüfuzlu yəhudi təşkilatlarının rəhbərlərinin, jurnalistlərin, elm və mədəniyyət xadimlərinin, universitet professorlarının, xarici ölkələrin diplomatlarının qatıldığı tədbir Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun təşəbbüsü və dəstəyilə keçirilib.


Yarım milyon erməninin yaşadığı və Nikol Paşinyanın “erməni diasporu”nun paytaxtı adlandırdığı Los Ancelesdə Qarabağ həqiqətlərinin obyektiv şəkildə təqdim olunması yerli erməni lobbisini narahat edib. Onlar bu tədbirin baş tutmamasına çalışsalarda istəklərinə nail ola bilməyiblər.
Tədbirdə Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev, icma üzvləri Gülməmməd Məmmədov, Ceyhun Ələkbərov və Xocalı soyqırımı zamanı 8 gün erməni əsirliyində qalmış Dürdanə Ağayeva iştirak ediblər.Azərbaycanın, ABŞ-ın və İsrailin dövlət himnlərilə başlayan tədbirdə iştirakçılar Azərbaycan himninin son sözləri birgə ifa ediblər.



Sinaqoqun baş ravvini Devid Şofet, Sinaqoqun rəhbərlərindən olan İsaak Yomtovian və Aşe Eşağpur, eləcə də IAJF təşkilatının prezidenti Susan Əzizzadə dünyada baş verən dinlərarası münaqişələr və müxtəlif ölkələrdə getdikcə artmaqda olan anti-semitizm və irqçilik fonunda Azərbaycanda bütün xalqların, o cümlədən yəhudilərin azad və dinc şəraitdə birgə yaşamalarının, tam dini etiqad azadlığına malik olmalarının olduqca təqdirəlayiq olduğunu qeyd edərək, buna görə Azərbaycan Prezidentinə və xalqına öz təşəkkürlərini çatdırıblar.
Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev qeyd edib ki, multikulturalizm bir dövlət siyasəti kimi bu gün Prezident İlham Əliyevin müdrik rəhbərliyi altında böyük uğurla həyata keçirilir. Konsul Azərbaycan tolerantlığının bütün dünyaya gözəl bir örnək olduğunu vurğulayıb.



Ermənistanın Azərbaycana qarşı işğalçılıq və etnik təmizləmə siyasəti barədə geniş məlumat verən N.Ağayev bu ədalətsizliyin bu gün də davam etdiyini diqqətə çatdırıb. Diplomat bildirib ki, həm işğal, həm də azərbaycanlı məcburi köçkünlərin elementar insan haqlarının Ermənistan tərəfindən kobudcacına pozulması barədə ABŞ ictimaiyyətini məlumatlandırmaq üçün Dağlıq Qarabağın azərbaycanlı icması Los Ancelesə səfərə gəlib və bu onların icma olaraq xaricə ilk səfəridir.
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev tədbirdə Ermənistanın işğalçılıq siyasəti, bu siyasətin qurbanı olan yüz minlərlə azərbaycanlı köçkünün bu gün öz yurdlarına qayıda bilməməsi haqqında ətraflı məlumat verib. Tural Gəncəliyev qeyd edib ki, ermənilər işğal etdikləri ərazilərdə xalqımıza qarşı mədəni, tarixi, dini abidələri məhv edir, bəzilərinin tarixini dəyişdirərək onları erməniləşdirməyə çalışırlar. İcma rəhbəri işğal edilmiş ərazilərdən Ermənistan qoşunlarının çıxarılmasını tələb edən BMT TŞ qətnamələrinin icra edilmədiyini diqqətə çatdırıb.



Tədbirdə Lacın sakini Gülməmməd Məmmədov, Xocalı sakini Ceyhun Ələkbərov, Xocalı soyqırımı zamanı ermənilərə əsir düşmüş və düşmənlərimiz tərəfindən amansız işgəncələrə məruz qalmış Dürdanə Ağayeva iştirakçılara öz həyat hekayyələrini danışmışlar. Bu məlumatlar iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. İştirakçılar Azərbaycana qarşı bu ədalətsizliyi qınadıqlarını bildirərək, bu haqda əldə etdikləri məlumata görə konsulluğumuza və Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasına təşəkkürlərini bildiriblər.


Geri qayıt