DataLife Engine > BLOK XƏBƏR > Ceyhun Bayramov 3 ölkənin Təhsil nazirləri ilə görüşüb

Ceyhun Bayramov 3 ölkənin Təhsil nazirləri ilə görüşüb


14-11-2019, 13:49. Yerləşdirdi: Gunay Ceyhun Bayramov 3 ölkənin Təhsil nazirləri ilə görüşüb
YUNESKO-nun 40-cı Baş konfransında iştirak etmək məqsədilə Fransa Respublikasında rəsmi səfərdə olan Təhsil naziri Ceyhun Bayramov Türkiyə Respublikasının Milli Təhsil naziri Ziya Səlçuk, Rusiya Federasiyası Elm və Ali Təhsil naziri Mixail Kotyukov və Malayziyanın Təhsil naziri Mazli Malik ilə görüşüb.

"Xalqinfo" xəbər verir ki, görüşlər zamanı təhsil sahəsində əlaqələrin cari vəziyyəti və inkişafı, o cümlədən Azərbaycanla sözügedən ölkələrin ali təhsil müəssisələri arasında əməkdaşlıq perspektivləri müzakirə edilib.
Ceyhun Bayramov 3 ölkənin Təhsil nazirləri ilə görüşüb
Geri qayıt