DataLife Engine > BLOK XƏBƏR, MANŞET > Mehriban Əliyevanın göstərişi ilə şəhid ailəsinin 28 minlik borcu silindi

Mehriban Əliyevanın göstərişi ilə şəhid ailəsinin 28 minlik borcu silindi


13-11-2019, 23:53. Yerləşdirdi: Gunay Mehriban Əliyevanın göstərişi ilə şəhid ailəsinin 28 minlik borcu silindi
Şəhid ailəsinin bank tərəfindən müsadirə edilən evi Birinci Vitse-Prezident Mehriban Əliyevanın təşəbbüsü ilə özlərinə qaytarılıb.

"Xalqinfo"nun məlumatına görə, bu barədə şəhid Şaban Cəfərovun qızı Nərminə Cəfərova ''Xəzər Xəbər''ə danışıb. Onun sözlərinə görə, yaranan borc tam şəkildə banka ödənib və evin üzərindəki həbs bu gün götürülüb.

Şəhid qızının sözlərinə görə, borc hələ 2014-cü ildə alınan kreditə görə yaranıb. Bundan sonra ailə ölkə rəhbərliyinə müraciət edib və qısa zamanda problem nəzarətə götürülüb. Ailəyə sevindirici xəbər isə bir neçə gün əvvəl verilib.

Şəhidin ailəsi həm sentyabr ayında şəhidin həyat yoldaşının əməliyyat xərclərini qarşıladığı, həm də evləri geri qaytarıldığı üçün ölkə rəhbərliyinə minnətdarlıq edir.

Qeyd edək ki, Şaban Cəfərov 1992-ci ildə Ağdam uğrunda gedən döyüşlərdə şəhid olub və 1994-cü ildə Ulu öndər Heydər Əliyev tərəfindən onun ailəsinə Mingeçiverdə yerləşən sözügedən ev hədiyyə edilib. Hazırda orada şəhidin həyat yoldaşı və oğlu yaşayır.

Geri qayıt