DataLife Engine > BLOK XƏBƏR > Yaşayış minimumu 190 manat müəyyənləşdi

Yaşayış minimumu 190 manat müəyyənləşdi


13-11-2019, 18:22. Yerləşdirdi: Gunay Yaşayış minimumu 190 manat müəyyənləşdi
Milli Məclisdə “2020-ci il üçün yaşayış minimumu haqqında” və “2020-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələri I oxunuşda müzakirə edilib.

“Xalqinfo” xəbər verir ki, layihəyə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə gələn il üçün ehtiyac meyarının həddi 160 manat məbləğində müəyyən edilib.

Bununla yanaşı, 2020-ci il üçün yaşayış minimumunun ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat, uşaqlar üçün 170 manat müəyyən edilib.

Hər iki qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Xalqinfo.az
Geri qayıt