DataLife Engine > BLOK XƏBƏR > Vilayət Eyvazovdan yeni

Vilayət Eyvazovdan yeni


4-11-2019, 18:23. Yerləşdirdi: Gunay Vilayət Eyvazovdan yeni
Göygöl Rayon Polis Şöbəsinin Sarısu Polis Bölməsinə yeni rəis təyin olunub.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, kapitan Məmmədzadə Nəriman Ağahüseyn oğlu bölmə rəisi vəzifəsinə təyin edilib.

Bildirək ki, təyinatdan əvvəl Sarısu Polis Bölməsində rəis vəzifəsini polkovnik-leytenant Elşən Quliyev icra edib.

Xalqinfo.az
Geri qayıt