DataLife Engine > BLOK XƏBƏR > Vilayət Eyvazov daha bir generalı vəzifəsindən azad etdi

Vilayət Eyvazov daha bir generalı vəzifəsindən azad etdi


17-10-2019, 14:50. Yerləşdirdi: Tural Vilayət Eyvazov daha bir generalı vəzifəsindən azad etdi





Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis general-mayoru Heydərov Heydər vəzifəsindən azad edilərək təqaüdə göndərilib.

Unikal.org-un məlumatına görə, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Əmrə əsasən, H.Heydərov xidmətdə olmanın son həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib.

İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi vəzifəsinə hələlik təyinat olunmayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Unikal.org-a faktı təsdiqləyiblər.
Geri qayıt