DataLife Engine > BLOK XƏBƏR > “Fərqli düşünən görəndə havalanırlar” -

“Fərqli düşünən görəndə havalanırlar” -


4-09-2019, 17:40. Yerləşdirdi: Tural “Fərqli düşünən görəndə havalanırlar” -





REAL Partiyasının icra katibi Natiq Cəfərli son günlər Milli Şuranın onun şəxsinə və partiyaya qarşı qarayaxma kampaniyası apardığını iddia edib.

“Xalqinfo” xəbər verir ki, o, bununla bağlı fikirlərini sosial şəbəkədə paylaşıb. Onun sözlərinə görə, fikri olub beyni olmayan bir qrup adam küy yaradaraq fikir formalaşdırmağa çalışırlar: “Bu kampaniya birbaşa Milli Şura rəhbərliyinə daxil olan adamlar tərəfindən qızışdırılır, idarə olunur və yönləndirilir. Həmin siyasi düşüncə tərzinin 25 ildir daşıyıcısı olanlar zaman-zaman eyni kampaniyanı ya öz təşkilatlarının içində olanlara, ya da digər siyasi partiyalara qarşı aparıblar. Öz partiyalarından hökumət tərəfə keçib deputat, məmur olan onlarla adamın olmasına görə kompleksə düşüblər, fərqli düşünən görəndə sanki havalanırlar, ağılları-bilikləri yoxdur deyə, ancaq satqın söhbəti salırlar.

Müsavat Partiyası 2013-cü ildə Milli Şuradan çıxanda eyni kampaniyanı onlara qarşı da apardılar.

İndi də Milli Şura rəhbərliyə daxil olan Gültəkin xanım mənə qarşı status yazıb, deyir ki, İsa Məsih də gəlsə YAP namizədi olsa, heç bir seçkidə qalib gələ bilməz. Bu cümləyə görə ona təşəkkür edirəm. Deməli, özü Həzrəti Fatimə deyil və YAP adı ilə iki seçkini qazanmayıb, ona mandat hədiyyə edilib.

Sonra da xanım deyir ki, kimin müxalif, kimin müxalif olmadığına qərar verək. Əsl faşist təfəkkürüdür! Kimin hansı mövqedə olduğunu, kimin tez-tez mövqe dəyişdiyini xalq görür və buna xalq qərar verəcək, Gültəkin xanım yox.

Ona son şans vermək istəyirəm - özü seçdiyi istənilən jurnalistlə birgə canlı yayımda debat edək, bütün daşları ətəyindən töksün, jurnalist istənilən sualı versin, mən isə ondan bir zaman nə üçün REAL-a gəlmək istədiyini, nə cavab aldığımı soruşacam. Cavab gözləyirəm”.
Geri qayıt