DataLife Engine > BLOK XƏBƏR > Vilayət Eyvazov onları rəis TƏYİN ETDİ

Vilayət Eyvazov onları rəis TƏYİN ETDİ


4-09-2019, 11:50. Yerləşdirdi: Tural Vilayət Eyvazov onları rəis TƏYİN ETDİ




Azərbaycanın daxili işlər orqanlarında yeni təyinatlar olub.


Unikal.org-un əldə etdiyi məlumata görə, Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə, Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 19-cu Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı İltimaz Yusifli vəzifəsindən azad edilib. İ.Yusifli Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinin rəisi təyin olunub.

Nazirin digər əmri ilə, polis polkovnik-leytenantı Habil Həsənov, Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 19-cu Polis Şöbəsinin rəisi təyin olunub.

Xəbəri Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Unikal.org-a təsdiqləyib.
Geri qayıt