DataLife Engine > BLOK XƏBƏR > Müsavat və AXCP funksionerlərinin facebookda “əsl müxalifət” savaşı

Müsavat və AXCP funksionerlərinin facebookda “əsl müxalifət” savaşı


29-08-2019, 11:15. Yerləşdirdi: Tural Müsavat və AXCP funksionerlərinin facebookda “əsl müxalifət” savaşı



Hər iki partiyanın funksionerləri sosial şəbəkədə növbəti dəfə birincilik davasına başlayıb
Günlərdir REAL-la virtual savaş aparan AXCP indi də Müsavat Partiyasını hədəf alıb. Heç kəsə sirr deyil ki, bu qurum müxalifət düşərgəsində daim tənqidə dözümsüzlük nümayiş etdirməklə tanınır. Kim AXCP-nin ünvanına irad bildirirsə, tənqid ifadə edirsə, dərhal həmin şəxsin üzərinə total hücumlar təşkil olunur, ən ağır təhqirlər belə səsləndirilir.

İş o yerə çatıb ki, istənilən partiya tərəfdarı və ya funksioneri təmsilçisi olduğu təşkilatın təbliğatını aparanda cəbhəçilərin hücumlarından sığortalana bilmir. Daim müxalif camiədə birincilik uğrunda mübarizə aparan, bu görüntünü yaratmağa çalışan AXCP belə rəy yaratmağa çalışır ki, düşərgədə bu partiyadan başqa siyasi təşkilat yoxdur.

Son olaraq Müsavatla qarşıdurmaya səbəb olan bir statusu təqdim edirik. Müsavatın Səbayel rayon təşkilatının sədri Zakir İsmayıl facebookda yazıb: “Yazmışam ki, ”Müsavat hakimiyyətə gələcək, bu, zaman məsələsidir. Bir cəbhəçi qardaşımız şərh yazaraq bildirir ki, son bir neçə həftədə 6 cəbhəçi sutkalıq həbs edilib, kimin hakimiyyətə gələcəyini də xalq müəyyən edəcək.

Əvvəla, partiyanın gücü yalnız həbsdə olan üzvlərinin sayı ilə müəyyən edilməz. Yaxşı lider yalnız özünü yox, rəhbərlik etdiyi təşkilatın üzvlərini də qorumağı bacarmalıdır. Ona qalsa Müsavat başqanı illərlə həbsdə olub. İkincisi, kimin hakimiyyətdə olacağını, əlbəttə, xalq müəyyən edəcək. Mən də onu deyirəm.

1918-ci ildən xalqın müəyyən etmək imkanı olanda həmişə Müsavatı, müsavatçıları hakimiyyətə gətirib. Yenə elə olacaq".

Paylaşıma gələn rəylərdə müsavatçılarla cəbhəçilər davaya çıxıblar, ən müxtəlif iradlar, tənqidlər səsləndirilir.

facebook davası ile ilgili görsel sonucu

AXCP Ali Məclisinin üzvü Nicat Abdullazadə bu rəyi yazıb: “Bu nə cılızlıq, bu nə dözümsüzlük. Ümumi birliyə ziyandan başqa bir şey deyil bu status”.

Z.İsmayılın həmin istifadəçiyə gülüşlə verdiyi cavab budur: “Burada nə mübahisə, nə cılızlıq, nə də birliyə ziyan var. Cəbhəçi dostum ifadə azadlığından istifadə edib, mən də ona cavab yazmaq hüququmdan istifadə etmişəm. Təşkilat sədrinin ifadə azadlığından istifadə etmək hüququ yoxdur, əziz dost?”

Əlipənah Rzalı adlı istifadəçinin açdığı diskussiya isə daha çox diqqət çəkir. O, rəydə yazır: “Belə müzakirələr həm Müsavat, həm də Cəbhə üçün zərərlidir”.

Səbayel RT-nin sədrinin ona cavabı: “Ziyanlı odur ki, susub cavab verməyəsən. Burada heç bir ziyanli şey yoxdur. Müsavatçilar Əli Kərimlini tərifləyən statuslar yazırlar. Biz buna normal yanaşır, ziyanlıdır demirik. Mənim bir cəbhəçi dostuma cavabım ziyanli olur? Bəs harada qaldı sizin azad fikrə sayğınız, bəy?”

Öz növbəsində Ə.Rzalı da Z.İsmayıla bu reaksiyanı göstərib: “Harada siz normal yanaşdınız? AXC-nin 30 illiyi ilə bağlı Yadigar Sadıqovun Əli bəyə təbrikini böyük bir suç işləmiş kimi qiymətləndirdiniz. Siz, sadəcə, Xalq Cəbhəsinə və sədrinə potensial nifrət edənlərdənsiniz, bu statusunuz da ondan irəli gəlir”.

Müsavatın Cəlilabad rayon təşkilatının sədri Hidayət İsmayılov da gedən müzakirələrə qoşularaq, bu rəyi yazıb: “Dostlar, Zakir İsmayılın bu statusu heç kimdə qıcıq yaratmamalıdır. Hər kəs mənsub olduğu siyasi təşkilatın hakimiyyətə gələcəyinə inanır və bu da normaldır. Dəfələrlə vurğulanıb ki, ölkədə bütün məsələləri şəffaf seçki həll edəcək. Hansısa cəbhəçi dostumuz deyərmi ki, hakimiyyətə Müsavat gələcək? Təbii ki, deməz, çünki, elə olsaydı, Müsavat Partiyasında təmsil olunar və bu partiyanın təbliğatını aparardı. Əsas odur ki, bütün müxalif düşərgədə təmsil olunanlar, demokratik qüvvələrin hakimiyyətə gələcəyinə inanır və bu yöndə mücadilə aparırlar! Şəxsən mən inandığım və etimad göstərdiyim şəxsin, partiyanın hakimiyyətə gələcəyindən əminəm...”

Vüsal Həsənov adlı istifadəçi isə cəbhəçilərə bu cür cavab verib: “Demək zombilər başladı. Müsavat hakimiyyətə gələcək deyəndə hansısa təşkilatın ya partiyanın başına niyə daş düşür, bilmirəm”.

Müsavatın Suraxanı rayon təşkilatının üzvü Arzulla Buludlunun rəyi isə belə olub: “Hər gün cəbhəçilər AXCP-Əli Kərimli təbliğ edirlər, əcəb edirlər, heç vaxt da müsavatçılar buna qıcıq vermirlər. Təsadüfən bir müsavatçı təmsil etdiyi Müsavat Partiyasını təbliğ edən kimi hansısa cəbhəçi qıcıqlanmağa başlayır. Yaxşı olardı ki, cəbhəçilər də belə məsələlərdə müsavatçılar kimi təmkinli olsunlar”.
Geri qayıt