DataLife Engine > BLOK XƏBƏR > Abutalıbovun Bakıdakı milyonluq mülkləri -

Abutalıbovun Bakıdakı milyonluq mülkləri -


24-08-2019, 10:36. Yerləşdirdi: Tural Abutalıbovun Bakıdakı milyonluq mülkləri -





Baş nazirin müavini Hacıbala Abutalıbov Bakı şəhər İcra hakimiyyətinin rəhbəri olarkən dövlət əhəmiyyətli binaları və iaşə obyektlərini öz qohumlarının və yaxın adamlarının adına rəsmiləşdirib.

Unikal.org-un əldə etdiyi məlumata görə, aşağıda adları qeyd olunan obyektlər Baş nazirin müavini Hacıbala Abutalıbova məxsusdur:

1.Füzuli küçəsi 39, 1-ci mərtəbə (Klassik-Şəms) sürüşdürülən bina 11,
2.Qış parkında yerləşən "Zambaq", "İnnab", "Palıd" kafeləri,



3.Yasamal rayonu, Mətbuat prospekti, köhnə "Ovçular" evinin yerində salınmış parkda "Özsüt" restoranı,


4.Səməd Vurğun küçəsi ilə Bakıxanov küçəsinin kəsişməsində yerləşən "Sütiş" restoranlar şəbəkəsi,



5.Nəsimi rayonu, 647-ci məhəllə, akademik Mirəli Qaşqay küçəsi 61-də MİS-in yeri.103 kvadrat metr (Abdullayeva Səmayə Qulam qızının adına rəsmiləşdirib)
6.Nərimanov rayonu, Yusif Vəzir Çəmənzəminli küçəsi, İqtisadiyyat Komitəsinin yeri 113.7 kv metr (Abdullayeva Səmayə Qulam qızının adına rəsmiləşdirib)


7.Nizami rayonu, Mehdi Abbasov küçəsi, Bakı şəhər işığının anbarı və qarajlarının yeri, (Hazırda anbar kimi icarəyə verilib)

8.Avtovağzal Kompleksinin dayanacağının həyətində inşa olunan 3 mərtəbəli restoran,

9.Rəşid Behbudov küçəsi, Azərbaycan Dillər Universitetinin yaxınlığında yerləşən 7 mərtəbəli iş mərkəzi,

10.Hüseyn Cavid parkında yerləşən "Yaşıl" çay evi,

11.Nərimanov rayonunda yerləşən "Yaşıl" bazar,



12.Nərimanov rayonu, Ticarət Departamentinin inzibati binası,

13.Heydər Əliyev məscidinin yanındakı Mərasim evi, (həmin yerin köçürülməsi dövlət hesabına olmuşdur)

14.Balaxanıda yerləşən "Qara metalların sinklənməsi 2 zavodu(Qalzansiya)

15.Yasamal rayonu, Qurban Xəlilov küçəsi, Vergilər Nazirliyinin arxasında yeni salınmış parkda yerin altında 2 bünövrə qazılıb, betonlama işləri tamamlanıb, kafelər üçün hazırlanıb, üstü bağlanılıb.
Geri qayıt