DataLife Engine > BLOK XƏBƏR > Dövlət Yol Polisi ləğv olunur?

Dövlət Yol Polisi ləğv olunur?


17-08-2019, 21:14. Yerləşdirdi: Tural Dövlət Yol Polisi ləğv olunur?








Xalqinfo.az-a danışan Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov isə məsələ ilə əlaqədar aşağıdakıları söyləyib: “Dövlət Yol Polisinin ləğv olunacağı ilə bağlı məndə məlumat yoxdur. Əgər Daxili İşlər naziri Vilayət Eyvazov bu addımı atarsa, bizə əmrə əməl etmək düşər. Biz verilən göstərişi qətiyyətlə yerinə yetirməklə vəzifələndirilmişik. Dövlət Yol Polis İdarəsiylə bağlı hər hansı qərar verilsə, əməkdaşlar qərarı normal qarşılamalıdır. Belə bir qərarın veriləcəyinə inanmıram. Təəssüf ki, sürücülər arasında yol hərəkəti qaydalarına əməl etmək mədəniyyəti yüksək səviyyədə deyil. Bu gün yollardakı qayda-qanunla bağlı tətbiq edilən texnologiyalar, qanunvericiliyə olunan əlavə və dəyişikliklər polisin iştirakı olmadan hər bir hərəkət iştirakçısının fərdi olaraq öz təhlükəsizliyini təmin etməsinə imkan verir.

Amma görünən odur ki, biz cəmiyyət olaraq buna hələ hazır deyilik. Polisin köməyi olmadan heç bir hərəkət iştirakçısı hərəkətini tənzimləyə bilmir. Bizim mental xüsusiyyətlərimiz buna imkan vermir. Ona görə də nazirin bu addımı atacağına inanmıram".
Geri qayıt