DataLife Engine > BLOK XƏBƏR > Atambayevin nədə ittiham olunması açıqlandı!

Atambayevin nədə ittiham olunması açıqlandı!


13-08-2019, 15:35. Yerləşdirdi: Tural Atambayevin nədə ittiham olunması açıqlandı!





Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayev dövlət çevrilişi həyata keçirməyi planlaşdırmaqda ittiham olunur.

Xalqinfo.az "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsinin rəhbəri Orozbek Omupayev mətbuat konfransında deyib.

“Atambayev ölkədə çevriliş etməyi planlaşdırırdı”, deyə Opumbayev bildirib.

Opumbayevin sözlərinə görə, keçmiş prezident hakimiyyəti devirmək cəhdlərində mülki vətəndaşların itkisi barədə mediada yayılan məlumatlardan faydalanmaq üçün xüsusi əməliyyat zamanı qadın və uşaqlardan insan sipəri kimi istifadə edib.

Qırğızıstan Baş Prokurorluğun İstintaq fəaliyyəti və istintaq idarəsinin şöbə müdiri Zamir Beyşekev isə sabiq prezidentin qətl və digər ağır cinayətlərdə ittiham olunduğunu deyib: "Atambayevə iğtişaşların təşkili, qətl, adam öldürməyə cəhd, girov götürülməsi və dövlət məmuruna qarşı zor tətbiq edilməsi kimi bir sıra xüsusilə ağır cinayətlər törətməkdə ittiham olunur".

Qırğızıstan qanunlarına əsasən, bu maddələrə görə sabiq prezidentə ömürlük həbs cəzası verilə bilər.

Xatırladaq ki, Qırğızıstanın xüsusi təyinatlı bölmələri avqustun 7-də A.Atambayevin saxlanılması üzrə əməliyyata başlayıb. Əməliyyat eks-prezidentin Koy-Taşdakı iqamətgahında aparılıb.

Hücum zamanı 136 nəfər xəsarət alıb, bir xüsusi təyinatlı həyatını

Atambayevin nədə ittiham olunması açıqlandı!itirib. A.Atambayev avqustun 8-də saxlanılıb.
Geri qayıt