DataLife Engine > BLOK XƏBƏR > Zaqatalada 6 bal gücündə zəlzələ olub: dağıntılar varmı? -

Zaqatalada 6 bal gücündə zəlzələ olub: dağıntılar varmı? -


10-08-2019, 14:08. Yerləşdirdi: Tural Zaqatalada 6 bal gücündə zəlzələ olub: dağıntılar varmı? -



AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) Zaqatalada baş verən zəlzələ barədə növbəti məlumat yayıb.

RSXM-dan Xalqinfo.az-a verilən xəbərdə bildirilir ki, ilkin məlumatlara əsasən yerli vaxtla saat 11:35-də Zaqatala stansiyasından 18 km cənub-qərbdə Zaqatala ərazisində zəlzələ qeydə alınıb.

Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5-3 bala qədər hiss olunub.

12:33

xxx

Zaqatalada 4,9 ballıq zəlzələ olub.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Unikal.org-a bildirilib ki, təkanlar yerli vaxtla saat 11:35-də Zaqatala stansiyasından 17 km cənub-qərbdə Zaqatala ərazisində qeydə alınıb.

Maqnituda 4.9, dərinliyi 2 km olan zəlzələ hiss olunub.

11:48

xxx

Qax, Balakən və Zaqatala ərazisində zəlzələ olub.

Unikal.org xəbər verir ki, yeraltı təkanlar hiss olunub.

Məlumatı AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən təsdiqləyiblər.


Geri qayıt