DataLife Engine > BLOK XƏBƏR > Arif Alışanov evləndi

Arif Alışanov evləndi


26-07-2019, 04:18. Yerləşdirdi: Tural Arif Alışanov evləndi




AzTV-nin sabiq sədri Arif Alışanov yenidən ailə qurub. "Xalqinfo" gununsesi.org-a istinadən xəbər verir ki, o, "Mədəniyyət” kanalının aparıcısı, həmçinin televiziyanın solisti Ayşən Məstanova (Şakirqızı) ilə nikaha girib. Cütlüyün izdivacdan bir oğlu var. Mənbə bildirib ki, A. Məstanova A.Alışanov işdən azad edildiyi gün telekanalı tərk edib.

Xatırladaq ki, Arif Alışanov bu il yanvarın 15-də Prezident İlham Əliyevin imzaladığı sərəncamla AzTV sədrliyindən azad edilib. Bundan az əvvəl xanımı, Hesablama Palatasının auditoru Mehriban Alışanova ondan boşanıb. Mehriban Alışanova hazırda Hesablama Palatasının beş auditorundan biridir. Onların bu evlilikdən üç övladı var.

Mehriban Alışanova
Arif Alışanov evləndi
Geri qayıt