DataLife Engine > BLOK XƏBƏR > Xəzərdə itkin düşən polkovnikin VİDEOSU və FOTOLARI -

Xəzərdə itkin düşən polkovnikin VİDEOSU və FOTOLARI -


26-07-2019, 04:06. Yerləşdirdi: Tural Xəzərdə itkin düşən polkovnikin VİDEOSU və FOTOLARI -






Xəbər verdiyimiz kimi, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib.

İlkin ehtimala görə aviasiya qəzası nəticəsində hərbi təyyarə Xəzər dənizinə düşüb. Pilotun axtarışı və xilas edilməsi üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Xalqinfo.az xəbər verir ki, sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli bildirib ki, qəzaya düşən pilot onun kürəkəni, polkovnik-leytenant Rəşad Atakişiyevdir.

“Rəşad mənim kürəkənimdir. 20 ildən çox idi ki, xidmət edirdi. Polkovnik-leytenant rütbəsini daşıyırdı. Çalışdığı hərbi hissənin ən təcrübəli, peşəkar pilotlarından biri, həm də hərbi hissə komandirinin müavini idi”.

Hazırda pilotun axtarışları davam etdirilir. Hadisə ilə bağlı Hərbi Prokurorluqda cinayət işi açılıb.

Xəzərdə itkin düşən polkovnikin VİDEOSU və FOTOLARI -
Xəzərdə itkin düşən polkovnikin VİDEOSU və FOTOLARI -
Xəzərdə itkin düşən polkovnikin VİDEOSU və FOTOLARI -
Geri qayıt