DataLife Engine > BLOK XƏBƏR > Prezident Abel Məhərrəmovun oğluyla bağlı sərəncam VERDİ

Prezident Abel Məhərrəmovun oğluyla bağlı sərəncam VERDİ


10-07-2019, 09:39. Yerləşdirdi: Tural  Prezident Abel Məhərrəmovun oğluyla bağlı sərəncam VERDİ
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikasının diplomatik xidmət orqanları əməkdaşlarına diplomatik rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

Xalqinfo.az xəbər verir ki, diplomatik rütbə alanlar arasında Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmovun oğlu, Azərbaycan Respublikasının İspaniyadakı səfiri Anar Məhərrəmov da var.
Prezidentin sərəncamıyla A.Məhərrəmova fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilib.
Geri qayıt