DataLife Engine > BLOK XƏBƏR > Hərbi hissədə həlak olan hərbçi dəfn edildi

Hərbi hissədə həlak olan hərbçi dəfn edildi


7-07-2019, 18:32. Yerləşdirdi: Tural Hərbi hissədə həlak olan hərbçi dəfn edildi




Hərbi hissədə bədbəxt hadisə nəticəsində həlak olan hərbçi, 1990-cı il təvəllüdlü gizir Ağalarov Amiddin Şahmalı oğlu Qusarda dəfn edilib.

"Xalqinfo"nun "Report"a istinadən məlumatına görə, gizir Ağalarov Amiddin Şahmalı oğlu doğulduğu Piral kəndində Müdafiə Nazirliyinin nümayəndələri, mərhumun xidmət yoldaşları, Qusar Rayon İcra Hakimiyyətinin rəsmi şəxsləri, rayonun idarə, müəssisələrinin kollektivləri və rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə dəfn edilib.

Qeyd edək ki, A.Ağalarov ailəli idi, 3 azyaşlı uşağı var. O, 9 ildir ki, orduda xidmət edirdi.

Allah rəhmət eləsin!


Geri qayıt