DataLife Engine > BLOK XƏBƏR > Zakir Qaralov onu hərbi prokuror təyin etdi

Zakir Qaralov onu hərbi prokuror təyin etdi


4-07-2019, 11:25. Yerləşdirdi: Tural Zakir Qaralov onu hərbi prokuror təyin etdi




Bakıya yeni hərbi prokuror təyin edilib.

Xalqinfo.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə Baş prokuror Zakir Qaralov əmr imzalayıb.

Ədliyyə polkovniki Rzayev İlyas Ramiz oğlu Azərbaycan Respublikası Baş prokurorunun 03.07.2019-cu il tarixli əmri ilə Bakı hərbi prokuroru vəzifəsinə təyin olunub, bundan əvvəl o, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Silahlı Qüvvələrin təhqiqat orqanları və əsgər dustaqxanalarında qanunların icrasına nəzarət şöbəsinin rəisi vəzifəsində qulluq keçib.

Faktı Respublika hərbi prokurorunun böyük köməkçisi, Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, ədliyyə müşaviri Firad Əliyev təsdiq edib.

Xatırladaq ki, Bakı hərbi prokuroru İmran Əhmədov bir müddət əvvəl vəzifəsindən azad edilərək, Lənkəranın hərbi prokuroru təyin edilib.
Geri qayıt