DataLife Engine > BLOK XƏBƏR > “Şəhid ailəsinin evinə ayaqqabı ilə girməmişəm” -

“Şəhid ailəsinin evinə ayaqqabı ilə girməmişəm” -


1-07-2019, 11:15. Yerləşdirdi: Tural “Şəhid ailəsinin evinə ayaqqabı ilə girməmişəm” -





Milli Məclisin vitse-spikeri Bahar Muradova şəhid ailəsinin mənzilinə ayaqqabı ilə daxil olmasına dair iddialara cavab verib.

"Xalqinfo" Gununsesi.org-istinadən xəbər verir ki, vitse-spiker həmin mənzil sahibinin şəhid ailəsi olmadığını yazıb.

Adətən həqiqətə uyğun olmayan “xəbərlərə” reksiya verməyin tərəfdarı deyiləm.Amma neyləyəsən ki, çox maraqlı bir dövrdə yaşayırıq. Sensasiya dalınca qaçanlar bəzən heç bir çərçivəyə sığmayan davranışlara yol verdikləri zaman buna məcbur olursan. Guya, şəhid ailəsinin mənzilinə ayaqqabı ilə daxil olduğuma dair məlumatlar da bu qəbildəndir. Bir məqamı qeyd etməyi lazım bilirəm ki,bu “xəbərləmə”onun müəllifləri üçün bir halda siyasi,digər halda isə kommersiya məqsədi daşıyırsa da, mənim üçün bir mənəviyyat məsələsidir. Həm də onlarla şəhidim olduğu üçün.Odur ki, laqeyd qala bilməzdim.


Çox təəssüf edirəm ki, tənha və köməksiz yaşayan qadınlara bu ilin mart ayında növbəti baş çəkmə zamanı çəkilən və mənim facebook profilimdə yayımlanan şəkil belə bir həssas məsələdə insanların hissləri ilə oynamaq üçün “vasitə” kimi istifadə olunmuşdur. Hətta bununla belə mən bu “informasiyadan” özünün və şəhid ailələrinin heysiyyətinə toxunulduğunu güman edən hər kəsdən üzrümü qəbul etmələrini xahiş edirəm. Bunu yayan xəbər saytlarını isə şiddətlə qınayıram. Hamımız üçün müqəddəs olan insanların hissləri ilə oynadıqlarına görə. Üzümü onlara tutaraq deyirəm:

Arzum budur ki, Tanrı sizə özünüzü ifadə və təsdiq etmək üçün başqa “imkanlar” yetirsin!

“Şəhid ailəsinin evinə ayaqqabı ilə girməmişəm” -
Geri qayıt