DataLife Engine > BLOK XƏBƏR > Polkovnik işdən çıxarıldı

Polkovnik işdən çıxarıldı


25-06-2019, 18:50. Yerləşdirdi: Tural Polkovnik işdən çıxarıldı






Samux rayon Polis Şöbəsinin rəisi, polkovnik Akif Nəbiyev vəzifəsindən çıxarılıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bir müddət əvvəl nazirliyin aidiyyatı xidməti tərəfindən aparılan daxili yoxlamalar nəticəsində şöbənin fəaliyyətində nöqsanlar aşkarlanıb. Buna görə də polkovnik A.Nəbiyev vəzifəsindən çıxarılaraq sərəncama götürülüb.

Qeyd edək ki, A.Nəbiyevin işdən çıxarılması bir neçə gün əvvəl baş verib. Onun vəzifəsindən çıxarılması haqda əmri keçmiş nazir Ramil Usubov verib.
Geri qayıt