DataLife Engine > BLOK XƏBƏR > İmamoğlu seçkinin qalibidir -

İmamoğlu seçkinin qalibidir -


24-06-2019, 01:31. Yerləşdirdi: Tural İmamoğlu seçkinin qalibidir -





Bu gün İstanbulda keçirilən təkrar bələdiyyə seçkilərinin nəticələri açıqlanıb.


Xalqinfo.az xəbər verir ki, indiyədək bülletenlərin 99 faizi hesablanıb. Nəticələrə əsasən Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlu 54 faiz səslə liderdir. Onun əsas rəqibi, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi Binəli Yıldırım isə 45,11 faiz səs toplayıb. Hazırda səslərin sayılması davam edir.

Qeyd edək ki, Türkiyədə martın 31-də keçirilmiş bələdiyyə seçkilərinin nəticələrinə əsasən Əkrəm İmamoğlu qalib elan edilmişdi. Lakin AKP-nin şikayəti əsasında səslər yenidən hesablandı. Daha sonra Türkiyə Ali Seçki Komissiyası İstanbul üzrə bələdiyyə seçkilərinin nəticələrini ləğv etdi və təkrar seçkilər təyin edildi.

xxx

20:26

Bu gün İstanbulda keçirilən təkrar bələdiyyə seçkilərinin ilkin nəticələri açıqlanıb.

Unikal.org xəbər verir ki, indiyədək bülletenlərin 95,45 faizi hesablanıb. Nəticələrə əsasən CHP-nin namizədi Əkrəm İmamoğlu 53, 69 faiz səslə liderdir. Onun əsas rəqibi, AKP təmsilçisi Binəli Yıldırım isə 45, 39 faiz səs toplayıb.


Geri qayıt