DataLife Engine > BLOK XƏBƏR > Bakıda gənc qadın özünü körpüdən atdı:

Bakıda gənc qadın özünü körpüdən atdı:


21-06-2019, 12:10. Yerləşdirdi: Tural Bakıda gənc qadın özünü körpüdən atdı:





Bakıda qadın özünü körpüdən atıb.

Xalqinfo.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər körpünün üzərinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Vətəndaşla aparılan psixoloji söhbətlər zamanı o, özünü körpüdən aşağı atıb və xilasedicilər tərəfindən quraşdırılan xilasetmə yastığının üzərinə düşüb. Xilasedicilər vətəndaşı aidiyyəti üzrə təhvil veriblər.

Xalqinfo.az APA-ya istinadən intihara cəhd edən qadının görüntülərini təqdim edir.


Geri qayıt