DataLife Engine > BLOK XƏBƏR > ““PKK pisdir, YPG yaxşı” deməklə terrorizmə qalib gəlmək mümkün olmayacaq” -

““PKK pisdir, YPG yaxşı” deməklə terrorizmə qalib gəlmək mümkün olmayacaq” -


7-05-2019, 03:01. Yerləşdirdi: Tural ““PKK pisdir, YPG yaxşı” deməklə terrorizmə qalib gəlmək mümkün olmayacaq” -






Türkiyənin Şırnak vilayətində PKK ilə türk əsgəri arasında şiddətli atışma olub. Əməliyyat zamanı terrorçulara məxsus silah-sursat anbarı və sığınacaq darmadağın edilib.

Keçmiş təhlükəsizlik və kəşfiyyat şöbəsi sədri Bülənd Oraqoğlu deyib ki, Türkiyəyə məxsus dronlar PKK-nı pərişan edib, bütün planlarını pozdu.

“2019 PKK-nın çöküş ili oldu. Allahın izni ilə 2020-ci ildə məhv olma nöqtəsinə gələcəklər. Son mərhələyə çatmışıq, hər kəs diqqətli olmalıdır.

Hazırda terrorçular başlarını çölə çıxara bilmirlər. Amma Prezident Rəcəb Tayyib Ərdoğanın xəbərdarlıqlarına diqqət etmək lazımdır”, - B.Oraqoğlu bildirib.

O, PKK-nın 31 mart seçkisindən sonra ölkədə növbədənkənar seçkilərin keçirilməsi üçün müxtəlif terror fəaliyyətlərinə hazırlaşdığını deyib.

Deputat, politoloq Elman Nəsirov “Yeni Müsavat”a bildirdi ki, Türkiyə beynəlxalq terrorizmə qarşı mübarizədə ciddi töhfə verən dövlətdir.

Onun sözlərinə görə, Türkiyə beynəlxalq terrorizmin nə olduğunu üzləşdiyi terror aktları və PKK-nın fəaliyyəti ilə bilir.

“Türkiyə təkcə ölkə ərazisində deyil, PKK-nın Suriya və İraq qanadları ilə də mübarizə aparır. Amma bu məsələdə Ankara ilə Vaşinqtonun arasında bir fikir ayrılığı var.

ABŞ Dövlət Departamenti PKK-nı terrorçu təşkilatlar siyahısına daxil etsə də, Suriyadakı qanadını silahlı terroçu qruplaşma hesab etmir, Bəşər Əsəd hakimiyyətinə qarşı müxalifət kimi təqdim edir. Bu da Ankaranı narahat edir”.

E.Nəsirovun fikrincə, Türkiyənin beynəlxalq terrorizmə qarşı mübarizədə qətiyyətli mövqeyi var: “Cənab Ərdoğan dəfələrlə dövlətin mövqeyini ifadə edib və bu gün Türkiyə PKK probleminə qarşı mübarizənin son fazasına daxil olur, qalib gəlmək imkanları genişdir.

Ankara 2020-ci ilin sonuna kimi PKK-nı tam məhv etmək prosesini yekunlaşdırmaq üçün çalışacaq.

Amma PKK tam məhv olacaqmı, bunu demək çətindir . Çünki Suriya rejiminə qarşı PKK-ya dəstək verilir, silah –sursatla təchiz olunur.

ABŞ Türkiyə ilə beynəlxalq terrorizmə qaşrı mübarizədə müttəfiq kimi yer almalı, Ankara ilə qonşu ölkələrdə PKK-nın qanadlarının məhvinə töhfə verməlidir.

Ancaq PKK pisdir, YPG yaxşıdır deməklə beynəlxalq terrorizmə qalib gəlmək mümkün olmayacaq və bu dəstəyi verən fəaliyyət dayandırmalıdır”.
Geri qayıt