DataLife Engine > BLOK XƏBƏR, MANŞET > CHP təcili iclas çağırdı

CHP təcili iclas çağırdı


7-05-2019, 02:44. Yerləşdirdi: Tural CHP təcili iclas çağırdı





İstanbulda seçki nəticələrinin ləğvi ilə əlaqədar Cümhuriyyət Xalq Partiyası (CHP) fövqəladə iclas çağırıb.

Xalqinfo.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, CHP bələdiyyə seçkiləri üzrə nəticələrin ləğvinə etiraz edib. Yaxın saatlarda bununla bağlı partiyanın rəsmi mövqeyi açıqlanacaq.

Qeyd edək ki, İstanbulda martın 31-də keçirilmiş bələdiyyə seçkilərinin nəticələri ləğv olunub. Bu barədə Türkiyə Ali Seçki Komissiyası (YSK) bu gün keçirdiyi iclasda yekun qərar qəbul edib.
Geri qayıt