DataLife Engine > BLOK XƏBƏR, MANŞET > Əli Kərimlinin qaynı da əfv edildi

Əli Kərimlinin qaynı da əfv edildi


16-03-2019, 17:39. Yerləşdirdi: Tural  Əli Kərimlinin qaynı da əfv edildi


Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin qaynı Eynur Seyidov da əfv edilib.

Xalqinfo.az xəbər verir ki, E.Seyidovun adı Prezident İlham Əliyevin “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” imzaladığı sərəncamda yer alıb.

Xatırladaq ki, E.Seyidov Cinayət Məcəlləsinin 178 (dələduzluq), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə), dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və saxta sənədlərdən istifadə etmə) və digər maddələrlə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Seyidov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 Əli Kərimlinin qaynı da əfv edildi
Geri qayıt