Şoyqunun kürəkəni baş prokurorun müavini oldu
15-03-2019, 01:25. Yerləşdirdi: Tural
Rusiya Federasiya Şurası Moskva Region Prokurorluğunun rəhbəri Aleksey Zaxarovu baş prokuror Yuri Çaykanın müavini təyin edib.
Xalqinfo.az xəbər verir ki, Zaxarovun namizədliyi nəzərdən keçirilməsi üçün yuxarı palata tərəfindən prezident Vladmir Putinə təqdim edilib.
Qeyd edək ki, Aleksey Zaxarov Rusiya Müdafiə naziri Sergey Şoyqunun kürəkənidir.
Xatırladaq ki, 2018-ci ilin oktyabrında baş prokuror müavini Saak Karapetyan vertolyot qəzasında ölüb. Bir ay sonra Çaykanın iki müavini, İvan Semçişin və Aleksandr Qutsan istefa verib. O zamandan prokurorluğa iki müavin vəzifəsinə təyinat yox idi.
Geri qayıt