DataLife Engine > BLOK XƏBƏR > Moskvadan mesaj:

Moskvadan mesaj:


14-03-2019, 12:36. Yerləşdirdi: Tural Moskvadan mesaj:




Qaraçay-Çərkəz Respublikasından olan senator Rauf Araşukovun bir müddət əvvəlki həbsi Şimali Qafqazda qaz oğurluğunun açılması situasiyasında yalnız aysberqin görünən hissəsidir.

Xalqinfo.AZ xəbər verir ki, bunu TASS agentliyinə müsahibəsində Rusiyanın Şimali Qafqaz işləri üzrə naziri Sergey Çebotarev deyib.

“Hadisələrin bundan sonrakı inkişafını gözləmək lazımdır. Düşünürəm ki, biz yalnız aysberqin üstünü görürük. Situasiya ilə hüquq-mühafizə orqanları məşğul olurlar. Tədqiqat nəticəsində biz suyun altında gizlədilən şeyləri biləcəyik”, – deyə o bildirib.

Qeyd edək ki, senator Rauf Araşukov yanvarın 30-da həbs edilib. Ondan az sonra onun atası Raul Araşukov da saxlanılıb.
Geri qayıt