DataLife Engine > BLOK XƏBƏR > Efiopiyada sərnişin təyyarəsi qəzaya uğrayıb -

Efiopiyada sərnişin təyyarəsi qəzaya uğrayıb -


10-03-2019, 17:00. Yerləşdirdi: Tural Efiopiyada sərnişin təyyarəsi qəzaya uğrayıb -




Efiopiya hava yollarına məxsus “Boeing 737” tipli sərnişin təyyarəsi qəzaya uğrayıb.

Xalqinfo.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Əddis-Əbəbədən Nayrobiyə uçan təyyarə naməlum yerə düşüb.

Göyərtəsində 149 sərnişin və 9 ekipaj üzvünün olduğu təyyarənin düşdüyü yerin müəyyənləşdirilməsi istiqamətində axtarışlar aparılır.

Hadisədən sonra Əddis-Əbəbədə bəzi reyslər təxirə salınıb.

***

Şirkətn verilən məlumata görə, təyyarənin qəzaya düşdüyü yer tapılıb.

İlkin araşdırma nəticəsində göyərtədəki 157 nəfərin hamısının öldüyü məlum olub.

Faktla bağlı araşdırma aparılır.
Geri qayıt